Van Persi: İspaniya ən yaxşı komandadır
29.05.2014 - 03:31
Van Persi: İspaniya ən yaxşı komandadır

 

Hollandiya millisinin hücumçusu Robin van Persi dünya çempionatında favoritinin adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, futbolçu iyunun 13-də oynayacaqları İspaniya millisinin hələ də dünyanın ən yaxşı komandası olduğunu bildirib.

 

Van Persi normal vəziyyətdə başqa sistemə alışmanın böyük vaxt aldığını vurğulayıb: “Və dünyanın ən yaxşı komandasına qarşı oyundan öncə cəmi 2 yoxlama oyunu keçirə biləcəyik. Mənim fikrimcə, İspaniya hələ də dünyanın ən yaxşı komandasıdır. Öz sistemimiz barədə danışmıram. Baş məşqçimiz risk barədə danışıb. Təlim bazasında keçirdiyimiz bir neçə gün ərzində nə qədər dəyişdiyimizin fərqindəyəm. Komandadakı hər oyunçu nə etmək lazım olduğunu bilir”.