Van Persi: Moyesin vaxta ehtiyacı var
16.01.2014 - 22:40
Van Persi: Moyesin vaxta ehtiyacı var

“Mançester Yunayted”in hollandiyalı futbolçusu Robin van Persi komandanın baş məşqçisi Devid Moyeslə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan 30 yaşlı hücumçu İngiltərə Premyer Liqasındakı xal itkilərini şərh edib.

 

Təcrübəli forvard Moyesin uğurlu nəticələr qazanması üçün vaxta ehtiyacı olduğunu deyib: “Moyesin vaxta ehtiyacı var. O, klubda yenidir. Hesab edirəm ki, o, bu işin öhdəsindən gələcək. Biz çoxlu xallar itirdik, amma fərqli nəsə etmək üçün əlimizdən gələni əsirgəmirik”.

 

Qeyd edək ki, 50 yaşlı mütəxəssis cari mövsümün əvvəlindən ingilis klubunu çalışdırır. Onun komandası hazırda Premyer Liqada 37 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində yer alır.