“Mançester Yunayted”in hücumçusu Robin van Persi keçmiş klubu “Arsenal”la bağlı xoş sözlər söyləyib. Apasport.az saytının məlumatına görə, van Persi bu komandanın həmişə onun ürəyində xüsusi yer tutacağını bildirib.
Hollandiyalı futbolçu “Arsenal”da 8 mövsüm keçirəndən sonra “Mançester Yunayted”ə keçib və dərhal İngiltərə çempionluğunu yaşayıb: “2012-ci ilin yayında dilemma qarşısında qaldım. Mən “Arsenal”ı, “Emmireyts” stadionunu, azarkeşləri, komandanı və oradakı ab-havanı sevirdim. Mən həqiqi “topçuyam” və həmişə “arsenallı” olaraq qalacağam. Amma mənim qalib mentalitetim var. Mən həmişə qalib gəlmək istəyirəm. Ona görə də, mükafat qazanmaq vaxtı yetişmişdi. Mən heç bir zaman pula görə “Arsenal”ı tərk etməzdim. Amma mənə karyeramda dəyişiklik etmək lazım idi. Və bu, doğru qərar oldu. Mən yeni komandada ilk ildəcə çempionluq yaşadım. Mən tam xoşbəxt idim. Bu, mənim arzum idi. Amma ən əsası bizim bu titulu necə əldə etməyimiz oldu. Biz elə bil ki, qatarda çempionluğa doğru şütüyürdük”.