Van Persi tibbi müayinədən keçdi
09.07.2015 - 15:10
Van Persi tibbi müayinədən keçdi

Yay transfer dönəminin fəal komandalarından olan “Fənərbaxça” daha bir ulduz futbolçu transferinə hazırlaşır. Apasport.az saytı xəbər verir ki, “Mançester Yunayted”in hücumçusu Robin van Persi İstanbul klubu ilə anlaşıb.

 

İtaliya mətbuatı tərəflərin artıq hərtərəfli anlaşdıqlarını qeyd edib. Hətta xəbəri yazan jurnalist van Persinin İngiltərədə “Fənərbaxça” üçün tibbi müayinədən keçdiyini də yazıb və onunla birlikdə çəkdiyi videonu “twitter” hesabından paylaşıb. Videoda hollandiyalı forvardın türkcə danışdığı da diqqətdən yayınmayıb. Van Persinin yaxın günlərdə İstanbula gələrək rəsmi müqaviləyə qol çəkməsi gözlənilir.
 

Qeyd edək ki, “Fənərbaxça” buna qədər Jozef de Souza, Simon Kyaer, Fernandao, Luiş Nani, Abdulaye Ba və Fabianonu transfer etmişdi.