Van Persinin qolu dəmir pul üzərində əbədiləşdirib
08.07.2014 - 03:33
Van Persinin qolu dəmir pul üzərində əbədiləşdirib

Hollandiya millisinin hücumçusu Robin van Persinin İspaniya millisinin qapısına başla vurduğu qol dəmir pul üzərində ədəbiləşdirilib. Apasport.az saytının məlumatına görə, xatirə pulu Hollandiya kral sarayı tərəfindən buraxılıb.

 

Dəmir pulun tirajı cəmi 6 min olacaq. Dəyəri 9,95 avro olan pulun bir tərəfində tullanaraq başla topa zərbə vuran van Persi əks olunub.

 

Xatırladaq ki, Hollandiya və İspaniya milliləri arasında oyun Lui van Qalın yetirmələrinin xeyrinə başa çatıb. Van Persi bu oyunda 2 qol vurub.