Van Qalın “Mançester Yunayted”dən 150 milyon avroluq transferlər tələbi
16.05.2014 - 21:15
Van Qalın “Mançester Yunayted”dən 150 milyon avroluq transferlər tələbi

 

Dünya çempionatından sonra “Mançester Yunayted”in sükanı arxasına keçəcək Lui Van Qal klubdan 5 transfer istəyib. Apasport.az saytının məlumatına görə, onun istədiyi futbolçuların ümumi qiyməti 150 milyon avrodur.

 

Hollandiya millisinin baş məşqçisi “qırmızı şeytanların” “Borussiya Dortmund”un və “Sauthempton”un müdafiəçiləri Mats Hummels və Lük Şounu, eləcə də “Bavariya”nın üç futbolçusu – Tomas Müller, Toni Kroos və Aryen Robbenin alınmasını tələb edib.

 

Van Qal və “Mançester Yunayted” arasında müqavilənin imzalanması tərəflərin tam razılığa gələ bilməməsi səbəbindən təxirə salınır. Məşqçi özü dünya çempionatına gedənə qədər müqavilənin imzalanmasında maraqlıdır.