“Mançester Yunayted”in yeni baş məşqçisi Lui van Qal Premyer Liqada işləməyin çoxdankı arzusu olduğunu bildirib. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssis dünyanın ən böyük klublarından birində işləyəcəyi ilə fəxr etdiyini vurğulayıb.
Van Qal “Old Trafford”da “Mançester Yunayted”in oyunlarını canlı izlədiyini və oradakı atmosferə bələd olduğunu bildirib: “Orada inanılmaz atmosfer var. Komandanın ehtiraslı və savadlı azarkeşləri mövcuddur. Klubun böyük ambisiyaları var. Elə mənim ambisiyalarım kimi. Əminəm ki, bir yerdə tarix yazacağıq”.
Xatırladaq ki, 19-da “Mançester Yunayted” mayın 19-da Lui van Qalla müqavilə imzaladığını elan edib.