Van Qal: Əvəzetmələrim məcburi idi
10.07.2014 - 05:35
Van Qal: Əvəzetmələrim məcburi idi

 

Hollandiya millisinin baş məşqçisi Lui van Qal penaltilər seriyasında komandanın əsas ümidi olan qapıçı Tim Krulanı niyə meydana buraxmadığının səbəblərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssis artıq bütün əvəzetmələrdən istifadə etdiyini vurğulayıb: “Bu əvəzetmələrin hamısının öz səbəbi var idi. İndini ona görə çıxartdım ki, qırmızı vərəqə almasın. Onun sarı vərəqi var idi və yenə riskli oynayırdı. De Yonq zədəli idi və aktiv oynaya bilmirdi. Bizə isə sürətli hücum oyunu tələb olunduğundan, Klasi meydana çıxdı. Nəhayət, van Persi fiziki cəhətdən çox yorulmuşdu. Onu oyundan almaq məcburiyyətində idim”.

 

Van Persi penaltilər seriyasından da danışıb: “Birinci zərbə bütün seriyanın taleyini həll etdi. Vlar qol vura bilmədi və biz geriyə düşdük. Həyatın istehzası ondan ibarətdir ki, Vlar bu gün ən yaxşı oyunçumuz idi. Amma penaltini yerinə yetirə bilmədi. Bütün dünya bilir ki, ən yaxşı oyunçulara belə penaltini yerinə yetirmək çətindir”.