Van Qal həmyerlisini “Mançester Yunayted”dən göndərir
07.04.2015 - 08:36
“Mançester Yunayted”in hollandiyalı futbolçusu Robin van Persi yayda komandasını dəyişə bilər. Apasport.az saytının məlumatına görə, “mankunianlar”ın çalışdırıcısı Lui van Qal daha onun xidmətində maraqlı deyil.
Təcrübəli mütəxəssis rəhbərliklə görüşündə bu barədə məlumat verib. “Mançester Yunayted” mövsümün sonunda van Persini satmağa hazırdı. Klub sərfəli təklif qarşısında 32 yaşlı hücumçu ilə yolları ayıracaq.
Qeyd edək ki, van Persi “Mançester Yunayted”ə 2012-ci ildə “Arsenal”dan transfer olunub. Cari mövsümdə hollandiyalının aktivində cəmi 10 qol var.
0
0