Hollandiya millisinin baş məşqçisi Lui van Qal nəhayət ki, Sneyderi tərifləyib. Apasport.az saytının məlumatına görə, van Qal futbolçunun məşqlər zamanı göstərdiyi oyunun onu təəccübləndirdiyini vurğulayıb.
Hollandiyalı mütəxəssis mətbuat konfransı zamanı hələ bir qədər öncə milliyə çağırmaq istəmədiyi “Qalatasaray”ın futbolçusuna xüsusi diqqət ayırıb: “Sneyder mənim üçün pozitiv mənada sürpriz olub. Onu çox formada görmüşəm. Bu səbəbdən də, nə qədər xoşbəxt olduğumu sizə anlada bilmirəm. Sneyder bizim üçün önəmli oyunçudur və hazırkı formasına görə “Qalatasaray”da keçirdiyi son aylara borcludur. Dünya çempionatında komandaya böyük köməyi ola bilər”.