Van Qal Qiqqzi köməkçisi təyin edəcək
16.05.2014 - 06:11
Van Qal Qiqqzi köməkçisi təyin edəcək

 

 

Hollandiyalı mütəxəssis Lui van Qal “Mançester Yunayted”in baş məşqçisi təyin olunandan sonra komandanın keçmiş oyunçusu Rayan Qiqqzi köməkçisi postuna təyin edəcək. Apasport.az saytının məlumatına görə, bu barədə mətbuat konfransında “MY”nun keçmiş qapıçısı Peter Şmeyxel bildirib.

 

Lui van Qal dünya çempionatından sonra manikuanlıların baş məşqçisi olacaq. Rayan Qiqqz isə Devid Moyesin istefaya göndərilməsindən sonra komandanın baş məşqçisi səlahiyyətlərini həyata keçirib.

 

Qiqqzə “Mançester Yunayted”in son ev matçında təntənəli vida törəni düzənlənib. Amma futbolçu özü karyerasını başa vuracağına tam əmin deyil.