Avropa çempionatının seçmə mərhələsinin fevralın 23-də baş tutacaq püşkatması ərəfəsində maraqlı faktları açıqlayan UEFA bu dəfə yarışın ən gənc futbolçularının siyahısını müəyyənləşdirib. Apasport.az-ın məlumatına görə, qurumun rəsmi saytı seçmə mərhələlərdə meydana çıxan 8 ən az yaşlı oyunçunun sıralamasını dərc edib.
Avropanın rekordçuları arasında Azərbaycan millisinin hücumçusu Vaqif Cavadov da var. Qitə çempionatlarının seçmə mərhələlərindəki ən gənc oyunçumuz 17 yaş 100 günlüyündə Serbiya ilə səfər matçında meydana çıxmışdı. Cavadov bu göstəricidə 7-ci yerdədir. Vaqif iki ulduz – Qaret Beyl Romelu Lukakunun arasında qərarlaşıb. Planetin ən bahalı futbolçusu olan Qaret həmyerlimizi cəmi 17 gün qabaqlayır.
|
№ |
Futbolçu (komandası) |
Debüt tarixi |
Rəqib |
meydan |
yan |
|
1 |
Siqurdur Yonsson (İslandiya) |
05.06.1983 |
Malta |
E |
16 yaş 251 gün |
|
2 |
Peter Yehle (Lixtenşteyn) |
14.10.1998 |
Azərbaycan |
E |
16 yaş 265 gün |
|
3 |
Levan Keniya (Gürcüstan) |
08.09.2007 |
Ukrayna |
E |
16 yaş 325 gün |
|
4 |
Daniel Frik (Lixtenşteyn) |
06.09.1995 |
Latviya |
S |
17 yaş 79 gün |
|
5 |
Ronni Buşel (Lixtenşteyn) |
09.06.1999 |
Portuqaliya |
S |
17 uaş 82 gün |
|
6 |
Qaret Beyl (Uels) |
07.10.2006 |
Slovakiya |
E |
17 yaş 83 gün |
|
7 |
Vaqif Cavadov (AZƏRBAYCAN) |
02.09.2006 |
Serbiya |
S |
17 yaş 100 gün |
|
8 |
Romelu Lukaku (Belçika) |
03.09.2010 |
Almaniya |
E |
17 yaş 113 gün |