[b]Vaqif Cavadov 55, Ufuk Budak 90 dəqiqə oynadı[/b]
28.12.2014 - 17:38
[b]Vaqif Cavadov 55, Ufuk Budak 90 dəqiqə oynadı[/b]

Bu gün millimizin futbolçuları Vaqif Cavadov və Ufuk Budakın formasını geyindiyi “Qaziantep BB” Türkiyə PTT I liqasının XV turu çərçivəsində növbəti görüşünə çıxıb. Apasport.az saytının məlumatına görə, təmsilçilərimizin komandası səfərdə “Dənizlispor”un qonağı olub.

 

Matçda qalib müəyyənləşməyib – 0:0

 

“Altınordu” ilə keçirilən sonuncu turda həm Budak, həm də Vaqif meydanda mübarizə aparımışdı. Bu görüşdə də onların yenə forma geyinməsi gözlənilirdi. Hər iki futbolçumuz ilk "11-lik"də yer alıb. Vaqif 55-ci dəqiqədə əvəzlənib. Sona qədər çıxış edən Budak isə 48-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

 

Qeyd edək ki, “Qaziantep BB” 19 xalla turnir cədvəlinin 10-cu, 17 xalı olan “Dənizlispor” isə 12-ci pilləsində qərarlaşır.

 

 

Türkiyə PTT I liqası

XV tur

28 dekabr

“Dənizlispor” - “Qaziantep BB” - 0:0