Vaqif Cavadovun komandasında gözlənilməz ayrılıq
30.12.2014 - 17:44
Vaqif Cavadovun komandasında gözlənilməz ayrılıq

Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun formasını geyindiyi “Qaziantep BB”də ayrılıq baş verib. Apasport.az xəbər verir ki, Qaziantep klubu digər hücumçusu Şol Ameobi ilə yollarını ayırıb.

 

Türkiyənin I divizion klubunun baş məşqçisi Hakan Kutlu nigeriyalı forvardın və onun ailəsinin şəhərə uyğunlaşa bilmədiyini açıqlayıb. Bu səbəbdən də futbolçunun müqaviləsi qarşılıqlı razılıqla ləğv edilib.

 

Yığmamızın sabiq hücumçusu Branimir Subaşiçin komandası “Manisaspor” isə təcrübəli yarımmüdafiəçisi Mustafa Sarpın müqaviləsini ləğv edib.

 

Qeyd edək ki, Şol Ameobi “Nyukasl”, Mustafa Sarp isə “Qalatasaray”dakı çıxışı ilə xatırlanır.