Vaqif Cavadovun oyunu canlı yayımda
08.12.2014 - 11:27
Vaqif Cavadovun oyunu canlı yayımda

Türkiyə PTT I Liqasında bu gün 12-ci tura yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, turun bağlanış matçında Azərbaycan millisinin üzvləri Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın formasını geyindiyi “Qaziantep BB” öz meydanında “Adana Dəmirspor”la qarşılaşacaq.

 

Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüşü azarkeşlərin izləmək imkanı olacaq. Belə ki, yerli TRT Spor kanalı qarşılaşmanı canlı təqdim edəcək.

 

Qeyd edək ki, “Qaziantep BB” hazırda 11 xalla 16-cı pillədə qərarlaşır. Komanda bu gün qələbə qazanarsa, 11-ci yerə yüksələcək.