Mövsümün sonunda “İnter”lə müqaviləsi başa çatan Vaqif Cavadovun yeni ildə oynayacağı komandanın adına aydınlıq gəlib. Apasport.az saytının xəbərinə görə, yığmamızın 25 yaşlı hücumçusu Türkiyənin I liqasında mübarizə aparan “Qaziantep BB” klubunda forma geyinəcək.
Bu barədə komandanın mətbuat xidmətinin rəhbəri İbrahim Açıkgöz məlumat verib. O, Cavadovla 2 illik müqavilə bağladıqlarını deyib: “Heyətimizə Azərbaycan yığmasının əsas üzvü olan Vaqif Cavadovu qatdıq. O, 2009-cu ildə ölkəsinin ən yaxşı futbolçusu seçilib. 25 yaşlı futbolçunun komandamıza xeyirli olacağını düşünürəm”.
Qeyd edək ki, ötən mövsüm Azərbaycan millisinin daha bir üzvü Ufuk Budak “Qaziantep BB”də oynayıb.