Vaqif Sadıqov da sərt danışdı: 14 nəfərə qarşı oynadıq
08.02.2014 - 17:53
AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov komandasının Topaz Premyer Liqasının XX turunun “Sumqayıt”la oyununda xal itirməsinin səbəbini tapıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis qarşılaşmanı idarə edən hakimlərdən narazı qalıb.
Sadıqov yetirmələrinə qarşı autsayderin 11 futbolçusuna qarşı deyil, həm də 3 hakimin mübarizə apardığını düşünür: “Oyunun çətin olacağını bilirdik. 11 nəfər 14 nəfərə qarşı oynaya bilməz. Nəticədən narazı qaldım. Oyunumuzdakı çatışmazlıqları aradan qaldırmalıyıq”.
Mənbə: pfl.az
0
0