Vaqif Sadıqov: Çalışıb, onları ölkə futboluna qazandırmalıyıq
16.01.2015 - 13:14
Vaqif Sadıqov: Çalışıb, onları ölkə futboluna qazandırmalıyıq

“AFFA tərəfindən müxtəlif yaş qruplarına aid yığma komandalar üçün mütəmadi təlim-məşq toplanışları təşkil olunur. Bu, futbolçuların daimi oyun praktikası qazanmasına kömək edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

 

Antalya şəhərində Topaz Premyer Liqası klublarının hazırlıq prosesini təcrübəli mütəxəssis aşağı yaş qruplarına daxil olan futbolçuların yetişməsi istiqamətində görülən işlərlə bağlı fikirlərini bildirib: “Biz yetişməkdə olan gənc nəslin peşəkar futbolçu dövrünə keçid mərhələsində itib-batması üzərində fikirləşməliyik. Yeni nəsildə bacarıqlı futbolçular az deyil. Çalışıb, onları ölkə futboluna qazandırmalıyıq”.

 

Mənbə: affa.az