Vaqif Sadıqov yenidən “Anji”nin düşərgəsində
21.01.2015 - 12:57
Vaqif Sadıqov yenidən “Anji”nin düşərgəsində

Məşqçilər Komitəsinin üzvləri Antalyada təlim-məşq toplanışında olan “Anji” klubunun düşərgəsini ziyarət ediblət. Apasport.az-ın “Anji”nin rəsmi saytına istinadən verdiyi məlumata görə, mütəxəssislərimiz Mahaçqala təmsilçisinin baş məşqçisi Sergey Taşuyevlə görüşüblər.

 

Görüş zamanı Rusiya və Azərbaycan futbolunun hazırkı vəziyyəti, həmçinin çempionatlardakı legioner limiti məsələsi müzakirə olunub. Klubun rəsmi saytına açıqlama verən Taşuyev görüşlə bağlı danışıb: “Əsasən legioner limiti məsələsi ilə bağlı danışdıq. Çünki bu, birbaşa milli komandaya təsir göstərir. Həmkarlarıma bizim məşqçilər korpusunun fikri maraqlı idi. Bundan əlavə, hər iki ölkədəki futbolun hazırkı durumu barədə diskussiya apardıq”.

 

Qeyd edək ki, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov 1999 və 2011-ci illərdə “Anji”də çalışıb.