Venger “Bavariya” qarşısındakı məğlubiyyətdən danışdı
20.02.2014 - 03:48
Venger “Bavariya” qarşısındakı məğlubiyyətdən danışdı

London “Arsenal”ının baş məşqçisi Arsen Venger Çempionlar Liqasının 1/8 finalındakı “Bavariya” ilə oyunla bağlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli KİV-ə danışan fransalı mütəxəssis Münhen klubu ilə ilk matçdakı 0:2 hesablı məğlubiyyəti dəyərləndirib.

 

Venger çoxlu səhvlər buraxdıqlarını deyib: “Ciddi səhvlər etsək də, fantastik ruh göstərə bildik. Voyçex Şensniyin meydan qovulmasından sonra artıq işimiz çətinləşdi. Ancaq komandam əzmkar oyun nümayiş etdirsə də, məğlub oldu. Hakimliyin elə də ədalətli olduğunu deyə bilmərik. Amma qayda belədir ki, bununla razılaşmalıyıq. Cavab görüşündə nə olacağı bilinməz. Biz ötən mövsüm “Bavariya”nı Münhendə məğlub etmişdik. Bu dəfə də onu təkrarlamağa çalışacağıq”.