Venger kimi, Syomin də bəyənmədi
27.01.2014 - 10:36
Venger kimi, Syomin də bəyənmədi

Bu gün Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq “Qəbələ” düşərgəsində baxışda olan Marko Neni bəyənməyib. Apasport.az saytının məlumatına görə, Kot-d'İvuardan olan 30 yaşlı futbolçu “qırmızı-qaralar”a lazım olmayıb.

 

Buna səbəb Nenin zədəsinin olmasıdır.

 

“Olimpiakos”, “Kuban” və “Tavriya” kimi klublarda çıxış etmiş mərkəz yarımmüdafiəçisi “Qəbələ”nin toplanışının 2-ci mərhələsinə qoşulsa da, nə “Spartak”, nə də “Volqa” ilə oyunlarda meydana çıxmışdı.

 

Qeyd edək ki, Marko Ne 2004-cü ildə hazırda “Qalatasaray”da çıxış edən həmyerlisi Emmanuel Ebue ilə birgə “Arsenal”da baxışda olub. Ancaq London klubunun baş məşqçisi Arsen Venger Ebuedən fərqli, Neni bəyənməyib.