Vengerdən Məsut Özilə dəstək
11.02.2014 - 22:55
Vengerdən Məsut Özilə dəstək

“Arsenal”ın baş məşqçisi Arsen Venger son oyunlardakı zəif çıxışı ilə bağlı tənqid olunan futbolçusu Məsut Özilə dəstək verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan fransalı mütəxəssis 25 yaşlı yarımmüdafiəçinin “Liverpul” matçında yaxşı oynamadığını doğrulasa da, onun hələ də komandanın önəmli üzvü olduğunu deyib:

 

“Məsut fiziki olaraq Premyer Liqanın tempinə uyğunlaşmaq üçün çox çalışır və o, mənim üçün hələ də dəyərli futbolçudur. Onun üzərində çox da basqı yaratmamağa diqqət edirəm. O, istənilən səviyyədə yaxşı oynamayanda bunu bilir və get-gedə çıxışını nizamlayacaqdır. Bunlar normal şeylərdir”.

 

Qeyd edək ki, Almaniya millisinin də üzvü olan türk futbolçu bu yay Madrid “Real”ından London klubuna keçib.