Venqer “Arsenal”da qalır
19.05.2014 - 23:59
Venqer “Arsenal”da qalır

 

“Arsenal” futbol klubunun baş məşqçisi Arsen Venqer komandada qalır. Apasport.az saytının məlumatına görə, tərəflər arasında 3 illik müqavilə imzalanacaq.

 

Britaniya mətbuatı iddia edir ki, müqavilə yaxın 2-3 gün ərzində imzalanacaq. Bundan əlavə, Venqerin məvacibinin də artırılacağı iddia olunur. Yeni müqaviləyə görə, Venqer ildə 8 milyon avro alacaq. Bu isə onu dünyanın ən bahalı məşqçiləri sırasına çıxaracaq.

 

Qeyd edək ki, uzun müddət Venqerin komandada qalıb-qalmayacağı bilinmirdi. Amma “Arsenal” bu mövsüm İngiltərə Kubokunun finalında qalib gələndən sonra baş məşqçinin komandada saxlanması məsələsi dəqiqləşib.