Venqer: Kubok azarkeşləri xoşbəxt edəcək
15.05.2014 - 02:11
Venqer: Kubok azarkeşləri xoşbəxt edəcək

 

“Arsenal” futbol klubunun baş məşqçisi Arsen Venqer mövsümü əliboş başa vurmaq istəmir. Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis İngiltərə kubokunun finalında “Hall Siti”yə qalıb gələrək, 9 il mükafatsızlığa son qoymaq niyyətindədir.

 

Venqer mövsümü İngiltərə Kubokunu qazanaraq başa vurmağın çox gözəl olacağını bildirib: “Gözləntilər həmişə yüksək olur. Biz bu mövsüm təzyiq altında kifayət qədər oyun keçirmişik. Mən komandanın sakitləşdiyindən narahatlıq keçirmirəm. Biz bu mövsüm finala çatmaq üçün çətin yol keçmişik. Bizim mövsümü əla bitirmək üçün gözəl şansımız var. Qələbə mövsümü bəzəyə bilər. Qələbə məni xoşbəxt edəcək. Çünki bunu azarkeşlər gözləyir. Biz isə onları xoşbəxt etmək istəyirik”.