“Mançester Yunayted”in təcrübəli müdafiəçisi Nemanya Vidiç klubdan ayrılır. Apasport.az saytının xəbərinə görə, bu barədə yerli mətbuata danışan 32 yaşlı futbolçunun özü məlumat verib.
İtaliya “İnter”inə keçəcəyi iddia edilən serbiyalı hansı kluba gedəcəyini açıqlamasa da, ailəsi üçün ən yaxşı qərarı verəcəyini deyib: “blubumla müqaviləm mövsüm sonu başa çatır. Burada əla 8 il keçirdim. Burada 15 kubok qaldıracağım heç ağlıma gəlməzdi. Azarkeşlər və xatirələr ömrüm boyu məndə yaşayacaq. Mövsüm sonu klubumdan ayrılmaq qərarı aldım. Növbəti illərdə karyeram üçün ən doğru olanı etmək istəyirəm. Mövsüm sonuna qədər komandam üçün əlimdən gələni edəcəyəm. Ümid edirəm ki mənimlə bağlı söz-söhbətlər başa çatar”.
Qeyd edək ki, Vidiç 2006-cı ildə Rusiya “Spartak”ından ingilis klubuna keçib. Onun klubu ilə müqaviləsi cari mövsümün sonu başa çatır.