Viktor Mendi müdafiəçilərdən narazıdır
01.04.2014 - 09:33
Viktor Mendi müdafiəçilərdən narazıdır

“Qarabağ”la oyunda çox pis təsir bağışladıq. Müdafiədə kobud səhvlərə yol verdik. Bu uğursuzluqdan çıxmaq məcburiyyətindəyik”. Bunu apasport.az saytına “Qəbələ”nin seneqallı hücumçusu Viktor Mendi deyib.

Topaz Premyer Liqasının təxirə salınmış “İnter” – “Rəvan” görüşünü izləyənlər arasında “Qəbələ”nin futbolçusu Mendi də olub. O, qarşılaşma başa çatdıqdan sonra vaxtı ilə onun kimi Fransa çempionatında oynamış konqolu Brüs Abdulaye və fransız Yoan Bokonyano ilə söhbətləşib.

Mendi Elnur Allahverdiyevin “Qəbələ”nin legionerlərinin yaxşı oynamamasına da münasibət bildirib: “Şəxsən mən bura pul qazanmaqla yanaşı, futbol oynamağa da gəlmişəm. Bu, Elnurun şəxsi fikridir. Ancaq onun belə açıqlama verməsi və bunu hamıya şamil etməsi düzgün deyil”.