Viktor Valdes “Mançester Yunayted”də!
07.01.2015 - 20:01
Viktor Valdes “Mançester Yunayted”də!

“Barselona”nın keçmiş qapıçısı Viktor Valdes karyerasını “Mançester Yunayted”də davam etdirəcək. Apasport.az xəbər verir ki, ağır zədədən dönən 32 yaşlı qolkiper oktyabrdan İngiltərə təmsilçisinin heyətində məşq edir.

 

“The Times” nəşrinin məlumatına əsasən, “Mançester Yunayted” Valdeslə artıq il yarımlıq müqavilə bağlayıb.
 

Qeyd edək ki, İspaniya millisinin qapıçısı sonuncu dəfə 2014-cü il martın 26-da meydana çıxıb.