Viktor Valdes Barselonaya qayıdır
19.11.2015 - 01:54
Viktor Valdes Barselonaya qayıdır

Viktor Valdes Barselonaya qayıda bilər. Apasport.az saytının “goal.com”a istinadən məlumatına görə, təcrübəli qapıçı “Espanyol”la danışıqlar aparır.

 

“Mançester Yunayted”in heyətində yer alsa da, baş məşqçi Lui Van Qal tərəfindən heyətdən kənarlaşdırılan Valdes İspaniyaya azad agent kimi dönəcək.

 

Qeyd edək ki, ötən ilin qışında “qırmızı şeytanlar”la anlaşan ispan qapıçı bu müddətdə cəmi 2 matçda forma geyinmək şansı qazanıb.