“Selta” ilə oyunda ciddi zədə alan “Barselona” və İspaniya yığmasının qapıçısı Viktor Valdes artıq ilk əməliyyatını keçirib. Apasport.az Sport.es-ə istinadən xəbər verir ki, Kataloniya klubunun qolkiperi əvvəldən nəzərdə tutulduğu kimi İspaniyada yox, Almaniyada cərrahiyyə edilib.
İlk prosesin uğurlu alındığını bildirən klub həkimləri, buna rəğmən, Valdesin yolunu gözləyənlərə şad xəbər verməyiblər: “Təəssüf ki, onun tezliklə yaşıl meydanlara qayıtmayacağını deməliyik. Almaniyadakı əməliyyat yaxşı keçdi, daha biri bu yaxınlarda olmalıdı. Fikrimizcə, Valdes yarım ildən tez qayıtmayacaq”.