Viktor Valdes rəsmən “Mançester Yunayted”də! - FOTO
09.01.2015 - 00:27
Viktor Valdes rəsmən “Mançester Yunayted”də! - FOTO

“Mançester Yunayted” “Barselona”nın sabiq qapıçısı Viktor Valdeslə rəsmən müqavilə imzalayıb. Apasport.az xəbər verir ki, bu haqda ingilis klubunun rəsmi saytı məlumat yayıb.

 

Razılaşmaya əsasən, 32 yaşlı qolkiper 18 ay “qırmızı şeytanlar”ın şərəfini qoruyacaq. Azad agent kimi “Mançester Yunayted”ə keçən Valdes müqaviləsi başa çatdıqdan sonra “nigahı” təzələyə bilər.  

 

Qeyd edək ki, uzun müddətdir dizindən zədəli olan Viktor Valdes son iki aydı “Mançester Yunayted”də bərpa kursu keçirdi.