Villaş Boaş Portuqaliyaya qayıdır
10.01.2016 - 14:35
Villaş Boaş Portuqaliyaya qayıdır

“Zenit”in baş məşqçisi Andre Villaş Boaş Portuqaliyaya qayıtmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, 38 yaşlı mütəxəssis bu gün keçmiş klubu “Porto” ilə danışıq aparmaq üçün vətəninə yollanacaq.

 

Bir neçə ay əvvəl mövsümün sonunda Rusiyadan ayrılacağını bildirən məşqçi üçün bu, əla fürsət olub.

 

Uğursuz nəticələrdən sonra “əjdahalar”ın baş məşqçi postundan istefa verən Xulen Lopoteqidən boşalan vakant posta ən real namizəd məhz Villaş Boaşdı.

 

Qeyd edək ki, “Porto” hazırda Portuqaliya birinciliyində 3-cü pillədə yer alıb və lider “Sportinq”dən 4 xal geri qalır.