Vobay daha bir oyunu buraxacaq
11.12.2014 - 11:54
Vobay daha bir oyunu buraxacaq

Topaz Premyer Liqasının XVI turunda “Sumqayıt”la qarşılaşacaq “Neftçi” oyuna ciddi itkilərlə hazırlaşır. Apasport.az saytının məlumatına görə, hazırda heyətdə zədəli və cəzalı futbolçu var.

 

“Xəzər Lənkəran”la görüşdən sonra 6 oyunluq cəzalanan Elnur Allahverdiyev yenə komandasına kömək edə bilməyəcək. “Qəbələ” ilə XIV tur matçının ilk hissəsində zədələnərək əvəzlənən Julius Vobay da növbəti qarşılaşmanı buraxacaq. Syerra-leoneli hücumçu hələ də fərdi məşqlərlə kifayətlənir.

 

Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” oyunu dekabrın 14-də keçiriləcək.