[b]Vüqar Nadirov millidən kənarlaşdırıldı[/b]
21.05.2014 - 08:07
[b]Vüqar Nadirov millidən kənarlaşdırıldı[/b]

Mayın 28-də San-Fransiskoda ABŞ-la üz-üzə gələcək Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, daha bir futbolçu millimizin heyətindən çıxarılıb.

 

Belə ki, “Qarabağ”ın futbolçusu Vüqar Nadirov okeanın o tayına aparılmayıb. Buna səbəb yarımmüdafiəçinin dizində zədəsinin olmasıdır. Əvvəlcə onun ABŞ-a aparılacağı bildirilsə də, müayinədən sonra həkimlər buna icazə verməyib.

 

Qeyd edək ki, bundan öncə Araz Abdullayevlə Rahid Əmirquliyev də zədə üzündən millidən kənarlaşdırılmışdı.