“Məni heç kim hakimlikdən uzaqlaşdıra bilməz. Mövsümün sonunda karyeramı bitirməyə özüm qərar vermişəm”. Bu sözləri apasport.az saytına açıqlamasında təcrübəli hakim Vüsal Əliyev deyib.
Keçmiş FİFA referisi cari mövsümün onun üçün sonuncu olacağını bildirib: “Hazırda 45 yaşın içindəyəm. Buna görə də, mövsümün sonunda hakimlik karyeramı bitirməyi düşünürəm. Hər şeyin əvvəli olduğu kimi, sonu da var. Gərək hörmətli gedəsən. Mən də bu prinsipi əsas götürüb, mayda hakimliklə vidalaşacağam”.
Əliyev söhbət əsnasında hakimlikdən getdikdən sonra da futbolda qalacağını qeyd edib: “Futbolu birdəfəlik tərk etmək fikrim yoxdu. Biz futbol adamlarıyıq və futbolun içində də qalmalıyıq. Təbii ki, hakimlikdən getdikdən sonra bir müddət istirahət edəcəm. Dincələndən sonra isə yenidən futbolda olmaq istəyirəm”.