[b]Xaqani Məmmədov: Xeyli problemlər oldu [/b]
09.07.2014 - 12:01
[b]Xaqani Məmmədov: Xeyli problemlər oldu [/b]

“Dünya çempionatında hakimlərlə bağlı xeyli problemlər oldu”. Bunu apasport.az saytına açıqlamasında AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

 

Braziliyada keçirilən dünya çempionatı haqda fikirlərini bildirən HK sədrinin sözlərinə görə, qrup mərhələsində oyunlar çox olduğundan, hakim səhvləri də tez qabardıldı: “Çünki hər gün 4 oyun olurdu və hər oyunda bir səhv adama çox gəlirdi. Amma qrup mərhələsindən sonra o qədər də səhvlər nəzərə çarpmadı. Elə dünən ki, yarımfinal oyununda da referinin səhvi gözə dəymədi”.

 

Məmmədov finalı hansı hakimin idarə edə biləcəyindən də danışıb: “İki Avropa komandası – Almaniya və Hollandiya finalda oynasa, çox güman ki, hakim elə bu qitədən olacaq. Ən şanslı isveçli Yohan Eriksson və portuqaliyalı Pedru Proensadır. Amma finala Argentina qalsa, o zaman seçim artıq üçüncü qitədən olacaq. Hollandiya ilə oyunda cənubi amerikalılar qalib gəlsə və finala çıxsa, o zaman həlledici oyunu Rövşən İrmatov idarə etməyəcək”.