Xavi: Futbolla vidalaşdıqdan sonra həyat bitmir
05.02.2014 - 05:44
Xavi: Futbolla vidalaşdıqdan sonra həyat bitmir

“Barselona”nın ulduz futbolçusu Xavi Hernandes gələcək karyerası ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan 34 yaşlı yarımmüdafiəçi futbolçu karyerası ilə vidalaşdıqdan sonra da Kataloniya klubunda qalmaq istədiyini deyib.

 

O, uzun illər klubuna xidmət etmək istədiyini bildirib: “Hazırda Barselona“ və İspaniya millisində futboldan zövq alıram. Bu mənin sevimli məşğuliyyətimdir və daha çox çalışacam. Öz bədənini dinləməlisən ki, o, futbolla vidalaşmaq istəyir, ya yox. Əlbəttə ki, bundan sonra həyat bitmir. Mən karyeramı başa vurduqdan sonra da uzun illər burada qalıb, kluba xidmət etmək istəyirəm”.

 

Qeyd edək ki, İspaniya millisinin də üzvü olan Xavi “Barelona” futbol məktəbinin yetirməsidir və 1998-ci ildən əsas komanda ilə çıxış edir. O, cari mövsüm İspaniya La Liqasında və Çempionlar Liqasında 24 oyun keçirib və 3 qol, 5 məhsuldar ötürmə ilə fərqlənib.