“Karyeramı “Barselona”da bitirməyi düşünürəm. Amma gələcəkdə necə olacağını kimsə öncədən deyə bilməz”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Barselona”nın təcrübəli futbolçusu Xavi Ernandes deyib.
Gələcək karyerası ilə bağlı danışan 34 yaşlı yarımmüdafiəçi bunları əlavə edib: “Etiraf edim ki, keçən il “Barselona”dan getmək haqda düşünürdüm. Ancaq Luis Enrike və Andoni Subizarreta məni fikrimdən daşındırdılar. Artıq klubumu dəyişmək haqda düşünmürəm. Öz oyunumdan həzz almağa çalışıram. Mənim üçün ilk növbədə, “Barselona”nın uğurlarıdı. Buna görə də, heç vaxt fərdi uğurlar haqda düşünməmişəm”.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Xavi 1998-ci ildən əsas komandanın formasını geyinir.