Xavini Dani Alves əvəz edəcək
05.08.2015 - 19:06
Xavini Dani Alves əvəz edəcək

“Barselona”nın müdafiəçisi Dani Alveş bundan sonra başqa nömrə altında çıxış edəcək. Apasport.az saytının məlumatına görə, braziliyalı yeni mövsümdə meydana 6 nömrəli forma ilə çıxacaq.

 

Bu nömrə “Barsa”da Xaviyə məxsus olub. Onun gedişindən sonra vakant qalan nömrəni Alveş mənimsəyib. Cinah müdafiəçisi buna qədər 22 nömrəli formanı geyinirdi.

 

“Barselona”nın yeni transferləri - Arda Turanla, Aleiks Vidalın hansı nömrəli formanı geyinəcəyi isə hələ müəyyənləşməyib.

 

Bu futbolçular 2016-cı ilin yanvar ayına qədər Kataloniya klubunun heyətində meydana çıxa bilməyəcəklər. Məhz həmin vaxt FİFA-nın “Barsa”ya tətbiq etdiyi transfer qadağası başa çatacaq.