Xesus Navas Torres və Matanın rekorduna doğru
26.04.2016 - 20:05
Xesus Navas Torres və Matanın rekorduna doğru

“Mançester Siti”nin yarımmüdafiəçisi Xesus Navas bütün yüksəksəviyyəli turnirləri qazanan üçüncü ispan futbolçu ola bilər. Apasport.az saytının məlumatına görə, İspaniya millisi ilə Avropa və dünya çempionu olan 30 yaşlı “vinger” “Sevilya”nın heyətində UEFA kubokunu da qazanıb.

 

Onun milli və klub səviyyəsində bütün əsas turnirləri qazanan üçüncü futbolçu olması yönündə yeganə əngəl isə Çempionlar Liqasında qalib ola bilməməsidi.

 

Qeyd edək ki, daha əvvəl iki ispaniyalı oyunçu bu sevinci yaşayıb. Belə ki, Xuan Mata və Fernando Torres eynilə Navas kimi dünya və Avropa çempionu olmaqla yanaşı, ondan fərqli olaraq “Çelsi”nin heyətində Çempionlar Liqasını da qazanıblar. İkincilər elə londonlularla bərabər Avroliqada da qalibiyyət sevinci dadıblar.

 

Qeyd edək ki, Xesus Navasın klubu “Mançester Siti” hazırda qitənin bir nömrəli klub turnirində yarımfinal mərhələsində mübarizə aparır və final yolunda Madrid “Real”ını keçməlidi.

0