Xorvatiya millisinin üzvü ispan klubunda
04.02.2014 - 21:58
Xorvatiya millisinin üzvü ispan klubunda

Zaqreb “Dinamo”sunun və Xorvatiya millisinin futbolçusu Sammir karyerasını İspaniya La Liqasında davam etdirəcək. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, “Xetafe” 26 yaşlı yarımmüdafiəçini heyətinə qatıb.

 

Belə ki, Zaqreb klubu ilə sözləşməni qarşılıqlı olaraq ləğv edən Braziliya əsilli futbolçu “mavilər”lə müqavilə bağlayıb. Sammir bu keçidlə bağlı fikirlərini belə izah edib: “Mən uşaq vaxtımdan İspaniya çempionatında oynamaq istəyirdim. "Dinamo"da uzun müddət çıxış etmişəm, karyeramda dəyişiklik etmək lazım idi”.

 

Qeyd edək ki, Sammir 2007-ci ildə Braziliyanın “Venda-Nova” klubundan “Dinamo”ya keçmişdi.