“Napoli”nin yarımmüdafiəçisi Xose Kalehon Neapol klubunda komandanın sabiq futbolçusu Dieqo Armando Maradonanın rekordunu təkrarlaya bilər. Apasport.az saytının məlumatına görə, ispaniyalı futbolçu 1987/88 mövsümündə İtaliya A seriyasının ardıcıl 6 turunda fərqlənən argentinalı canlı əfsanəyə çatmağa çox yaxındır.
Xatırladaq ki, 2013-cü ildən “Real”dan “Napoli”yə keçən 27 yaşlı oyunçu IV turdan başlayaraq hər matçda qol vurur. O, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “İnter”lə görüşdə dubl edib.
Əgər Xose İtaliya A seriyasının IX turunda səfərdə “Atalanta” ilə oyunda da fərqlənərsə, onda Maradonanın rekordunu təkrarlamış olacaq.
- "Atletik" Valverde ilə "yola davam" dedi - RƏSMİ
- “Fənərbaxça”nın futbolçusu evinin qarət olunması ilə bağlı xəbərlərə münasibət bildirib
- "Tottenhem" oyunçularına medal çatmadı, UEFA üzr istədi - VİDEO
- “Qalatasaray” millinin üzvü ilə müqavilə yeniləyəcək
- Enzonu ver, Rodriqonu al: "Real"dan "Çelsi"yə barter təklifi