Xosep Qvardiola bizimkilərlə görüşdü
16.02.2014 - 16:58
Xosep Qvardiola bizimkilərlə görüşdü

Müxtəlif yaş qruplarından ibarət Azərbaycan yığma komandalarında çalışan bir qrup məşqçi Almaniyada səfərdə olub. Apasport.az saytının xəbərinə görə, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov, U-19 qızlar yığmasının baş məşqçisi Patrisiya Qonzales, bu komandanın fiziki hazırlıq üzrə məşqçisi Rikardo Da Silva və yığma komandaların qapıçı məşqçiləri üzrə koordinatoru Viktor Miqel Fernandes səfər çərçivəsində Münhenə də baş çəkiblər. Onlar  "Bavariya" klubunun bazası ilə tanış olub, komandanın baş məşqçisi Xosep Qvardiola ilə görüşüb, məşq prosesini izləyib, fikir nübadiləsi aparıblar.