Xuan Mata “Mançester Yunayted”də
23.01.2014 - 00:35
Xuan Mata “Mançester Yunayted”də

“Çelsi”nin ulduz futbolçusu Xuan Mata bundan sonra karyerasını digər İngiltərə təmsilçisi “Mançester Yunayted”də davam etdirəcək. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, hər iki klub bu keçidlə bağlı 45 milyon avroya razılığa gəlib.

 

Belə ki, “qırmızı şeytanlar” 25 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı yaxın günlərdə rəsmi açıqlama verəcək.

 

Qeyd edək ki, İspaniya millisinin də üzvü olan Mata 2011-ci ildə ölkəsinin “Valensiya” klubundan Londan “Çelsi”sinə keçib.