Hakim səhvləri və qalmaqalla zəngin olan Topaz Premyer Liqasının XX turu daha bir məqamla diqqət çəkib. Apasport.az saytının məlumatına görə, ötən həftənin 5 qarşılaşması meydan sahibləri üçün uğursuz alınıb. Evdə oynayan klublar baş tutan görüşlərdə qələbəyə həsrət qalıblar.
Yalnız 2 komanda – “Xəzər Lənkəran” və AZAL qonaqlara uduzmayıb. Onların hər ikisi 2:2 hesablı nəticə ilə kifayətlənib. Cənublular “Neftçi”, bakılılar isə “Sumqayıt”la qarşılaşmada xala sevinib.
Digər 3 görüşdə isə qələbə qonaqlara qismət olub. “Bakı” “Simurq”u, “Qarabağ” isə “Qəbələ”ni bir cavabsız qolla keçib. “İnter” “Rəvan”la paytaxt derbisində 3 xala sevinib – 2:1.
Qeyd edək ki, cari mövsümün əvvəlki 19 turunda yalnız 1 dəfə belə hal qeydə alınmışdı. XV turda 2 heç-heçə qeydə alınıb və 3 matçda qonaqlar qalib gəlib. Meydan sahibləri isə mövsüm ərzində 3 dəfə turu məğlubiyyətsiz başa vurub.