[b]Topaz Premyer Liqası: XXVIII turun hakim təyinatları açıqlandı[/b]
03.04.2015 - 14:10
[b]Topaz Premyer Liqası: XXVIII turun hakim təyinatları açıqlandı[/b]

Topaz Premyer Liqasının XXVIII turuna təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, IV dövrənin ilk turunun qarşılaşmalarında 20 hakim meydana çıxacaq.

 

Eyni gündə baş tutacaq görüşlərdən ikisində 4, ikisində 6 ədalət təmsilçisi iştirak edəcək. Belə ki, avrokuboklara vəsiqə uğrunda mübarizə aparanların iştirakı ilə keçiriləcək AZAL – “Qəbələ” və “Simurq” – “Neftçi” qarşılaşmalarında əlavə köməkçi hakimlər də olacaq. Bu matçlardan birincisi Əliyar Ağayevə, digəri isə İnqilab Məmmədova tapşırılıb.

 

XXVIII tur
5 aprel (bazar)

15:00. “Bakı” – “Qarabağ”

Hakimlər: Fariz Yusifov, Vüsal Qənbərov, İsgəndər Əliyev, Etibar Həsənov

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

17:00. AZAL – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Munis Abdullayev

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Əhmədov

AZAL Arena

17:00. “Simurq” – “Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Elşən Acalov, Mehman Mahmudov   

Əlavə köməkçi hakimlər:  Elvin Əsgərov, Ramil Diniyev

Zaqatala şəhər stadionu

 

18:00. “İnter” – “Xəzər Lənkəran”
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Kamran Bayramov, Xəlil Xəlilov

“İnter Arena”
 

Mənbə: affa.az