Ya “Qalatasaray”, ya PSJ
16.02.2014 - 21:12
Ya “Qalatasaray”, ya PSJ

London “Arsenal”ının saş cinah müdafiəçisi Bakari Sanya karyerasını Türkiyə Superliqasında davam etdirə bilər. Apasport.az saytının xəbərinə görə, bu barədə 30 yaşlı futbolçunun meneceri Loran Qutsmuts “Daily Star” qəzetinə açıqlamasında məlumat verib.


Qutsmutsun açıqlamasına görə, “Qalatasaray” Sanyanı heyətinə qatmaq istəyir. O, həm də qeyd edib ki, təcrübəli futbolçu İspanbul klubundan əlavə, Fransa PSJ-sinin də transfer hədəfindədir: “Sanyanın müqaviləsi mövsüm sonunda başa çatır. “Qalatasaray” xeyli vaxdır ki onunla maraqlanır. Amma biz PSJ-dən də təklif almışıq”.

 

Qeyd edək ki, Fransa millisinin də üzvü olan Seneqal əsilli futbolçu 2007-ci ildən ingilis klubunda çıxış edir.