Topaz Premyer Liqasının 2013/14 mövsümündə əvəzolunmaz futbolçu olmayıb. Apasport.az saytının məlumatına görə, çempionatın 36 turunun hər birində 90 dəqiqə oynamaq heç bir futbolçuya nəsib olmayıb.
Başa çatan mövsümdə ən çox oyun keçirənlər 35 dəfə meydana çıxıb. Hərəyə 1 matç buraxanların sayı 6-dır.
35 oyun keçirən futbolçular 5 klubu təmsil edir. Yalnız “Qəbələ”nin iki belə üzvü var. Bunlar Luis Hilario və Viktor Mendidir. Onlardan başqa, Con Oluremi (AZAL), Yure Travner (“Bakı”), Stepan Polyak (“Simurq”) və Sadio Tounkara (“Xəzər Lənkəran”) da 35 qarşılaşmanın iştirakçısı olub.
Bu oyunçulardan 4-ü buraxdığı yeganə oyuna cəza üzündən çıxmayıbsa, Mendi və Tounkara belə problemlə üzləşməyib. Bu “altılıq”dan yalnız biri – Travner iştirak etdiyi görüşlərin hamısında 90, ümumilikdə 3150 dəqiqə meydanda olub. Sloveniyalı bu göstəricidə mövsümün rekorduna imza atıb.
Yalnız 6 futbolçu
19.05.2014 - 17:13
0
0