Yalnız “Neftçi”
06.04.2015 - 13:45
Yalnız “Neftçi”

Topaz Premyer Liqasının XXVIII turunun oyunları iki futbolçunun cəzalanması ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, növbəti qarşılaşmanı buraxacaq hər iki futbolçu “Neftçi”nin üzvləridi.

 

Belə ki, Mirhüseyn Seyidov və Karlos Kardoso “Xəzər Lənkəran”la XXIX turun matçında meydana çıxmayacaq.  Sonuncu “Simurq”la görüşdə qırmızı vərəqə alıbsa, Seyidov “sarı”ların çoxluğundan əziyyət çəkir. 19 çempionat oyununda 8 dəfə xəbərdarlıq alan yarımmüdafiəçi mövsümdə ikinci dəfə cəzalı duruma düşüb.

 

Qeyd edək ki, cari mövsümdə “Neftçi”nin oyunçularından Elvin Yunuszadə, Erik Ramos, Karlos Kardoso hərəyə 2, Emin Mehdiyev, Flavinyo, Məqsəd İsayev isə 1 dəfə sarı vərəqə üzündən cəzalı duruma düşüb.