Yalnız “Xəzər Lənkəran” cəzalandı
14.05.2014 - 11:29
Yalnız “Xəzər Lənkəran” cəzalandı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXXV turunda baş verənləri müzakirə edən qurum yalnız bir komandanı cəzalandırıb.

Qırmızı vərəqə və başqa xoşagəlməz hadisələrin yaşanmadığı turda yalnız “Xəzər Lənkəran” cəzalanıb. “Simurq”la səfər oyununda (2:2) 7 oyunçusu sarı vərəqə alan cənublular 1000 manat ödəməli olacaq.