Türkiyə çempionatının I liqasında XXIII turun ilk 2 oyun günü arxada qalıb. Apasport.az saytının məlumatına görə, qonşu ölkədə çıxış edən Azərbaycan futbolçularının komandaları da növbəti matçlarını keçiriblər. Lakin təmsilçilərimizdən yalnız biri meydana çıxıb.
Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” öz meydanında “Karşıyaka”nı məğlub edib – 2:1. Futbolçumuz bu görüşə start heyətində başlayıb və 86 dəqiqə meydanda olub.
Saşa Yunisoğlunun formasını geydiyi “Dənizlispor” isə səfərdə “Samsunspor”a uduzub -0:2. Müdafiəçimiz bu qarşılaşmada “18-liy”ə daxil edilsə də, meydana çıxmayıb. Qapıçı Davud Kərimi də Saşanın taleyini yaşayıb. Onun çıxış etdiyi “Fəthiyəspor” səfərdə “Bucaspor”a uduzub – 0:1. Ufuk Budakın heyətində olduğu “Qaziantepspor” isə bu turda istirahət edib.
Qeyd edək ki, 23 turdan sonra “Orduspor” 4-cü, “Qaziantepspor BB” 13-cü, “Dənizlispor” 14-cü, “Fəthiyəspor” 16-cı pillədə qərarlaşıb.